Serbiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç mətbuat konfransında deyib:“Mən əminəm ki, gün gələcək, iki qonşu dövlət danışıqlar masasına əyləşib münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini müzakirə edəcəklər”.Səfir Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistanın Xocalı aeroportunu istifadə verməsinə də münasibət bildirib.O deyib ki, bu məsələ sülh danışıqlarına kömək etməyəcək:“Bütün məsələləri danışıqlar yolu ilə həll etmək lazımdır”.