Xocalı aksiyasına hücum: 7 yaralı

DÜNYA
08:19 25.02.2013
1815

Naməlum şəxslər imza toplayanlara daş, dəyənək və şüşə parçaları ilə xəsarətlər yetirib

Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə hücum olub. Hadisə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün imza toplanılması zamanı baş verib. Gökbörü Türkçülər Dərnəyinin tədbirinə bir qrup şəxs hücum edib. Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə xəsarətlər yetirməyə başlayıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR