Xocalı faciəsinə klip çəkildi - VİDEO

Xocalı faciəsinə klip çəkildi -  VİDEO
14:55 25.02.2013
905
Yaradıcılığını Almaniya və Türkiyədə davam etdirən azərbaycanlı müğənni Seyran İsmayılxan Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar klip çəkdirib. AZXEBER.COM-un məlumatına görə, klip görkəmli bəstəkar Rauf Hacıyevin “Bahar sənsiz” mahnısına çəkilib. Çəkilişləri 2 gün Şəkidə baş tutan klipdə Xocalı soyqırımından fotolar da yer alacaq.Klipin ideya müəllifi ifaçının özünə məxsusdur. Hazırda Bakıda olan müğənni burada rejissorlar Ceyhun İbrahimoğlu və Vüqar İslamzadə ilə görüşərək, ideyası haqda onlara danışıb. Bunun müqabilində “Buta Film” müğənniyə dəstək olmaq üçün klip xərclərini öz öhdəsinə götürüb. Hazırda klipin montaj işləri gedir və sabaha bitmək üzrədir. Klipdə Seyran Xocalı faciəsində sevgilisini itirmiş gəncin obrazını canlandırıb. Onun tərəf müqabili obrazını Vüsalə Vüsatqızı oynayıb.Klipin art-direktoru Azər İbrahimlidir. Klip hazır olduqdan sonra ilk öncə jurnalistlərə təqdim ediləcək, daha sonra ictimaiyyətin ixtiyarına buraxılacaq.Qeyd edək ki, Seyran İsmayılxanovun ifasında “Bahar sənsiz” mahnısı martın əvvəli dünyanın bir çox müğənnilərin ifalarından ibarət Babilon Bar-3 adlı yığma alboma daxil ediləcək.
OXŞAR XƏBƏRLƏR