Xocalı faciəsinin 9 yaşlı şahidi: “Xocalı mənim uşaqlıq nisgilimdir” - VİDEO

Xocalı faciəsinin 9 yaşlı şahidi: “Xocalı mənim uşaqlıq nisgilimdir” - VİDEO
SOSİAL
20:16 01.11.2020
1423
Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda söhbət etdiyi 9 yaşlı Ləfxanım Mahmudova hazırda Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində yaşayır.

"Xocalı faciəsi gecəsi idi, axşam saat 23:00 radələri olardı. Atam atışma olanda gizlənmək üçün yer düzəltmişdi. Biz atəş səsləri eşidiləndə həmin yer altındaydıq. Bir də gördük qonşuluqda yaşayan türk qadın deyir ki, ermənilər kəndə doldu, bizimkiləri tutdular çıxın”.

Doqquz Yaşlı qızcığaz böyük bacısının əlindən yapışıb valideynləri ilə birgə kəndin mərkəzinə tərəf irəliləyir:

"Bizi Qarqar çayına qədər qucaqlarında apardılar və çayı keçdik. Qardaşım, bacım, mən və digərləri meşəyə üz tutduq. Doqquz gün meşədə qaldıq, yol tapa bilmirdik. Elə hey ağlayırdım ki, mənə çörək verin. Çörək də yox, haradan alsınlar? Atam deyirdi ağlama Ağdama çataq sənə çoxlu çörək alacam yeyəcəksən, amma ağlama. Onda səsimizə gəlirdilər”.

Ləfxanım Mahmudova deyir ki, soyuqdan gəzə bilmirdik:

"Qarqar çayını keçdikdən sonra o qədər meşədə gəzdik ki, atamın çəkmələri onun ayağına ağır edirdi, soyuq idi, ayaqyalın gəzdi. Üç gündən sonra yolu tapa bildik, həmin ərazidən keçəndə gördük çəkmələr ordadır”.

Meşədə itkin düşdükləri günlər ərzində ağac əzib yeyiblər:

"İndi gördüyünüz bu qardaşım ağacın qabığını əzib mənə verirdi ki, ye. Axı heç nə yox idi. Doqquz günlük zülm, qar –çovğun, əziyyət və pis günlər... Qarın altında mənim də, ata-anamın da ayaqları dondu. Donvurmadan heç nə hiss etmirdik, istər ağacın üstü ilə get, istərsə də kolun. O qədər donmuşduq...”

O, ailə üzvlərinin Xocalı faciəsində şəhid olduqlarını deyir:

"Doqquzuncu gün isə qardaşımın səkkiz aylıq hamilə yoldaşı şəhid oldu. Bibim yeriyə bilmədiyi üçün orada güllələdilər. Gətirə bilmədik. Yolu tapa bilmədiyimiz üçün bizi əsir götürdülər. Gözlərimin qarşısında daha o zülmlər olmadı ki, verilməsin... Əllərimi aşağıda gizlətmişdim, avtomatın qundağı ilə qolumu qaldırıb dedilər ki, əllərini yuxarıda saxlamalısan!”

Doqquz gündən sonra onun ailəsi və özü əsir düşür:

"Bizi Pircamalda tövləyə gətirdilər. Gəldik ki, bizimlə doqquz gündür yol gələn 70 nəfər də oradadır. Gözümüzün qabağında kişilərə zülm edirdilər. Avtomatın qundağı ilə gözlərini vurub dağıdırdılar. Qabırğalarını sındırırdılar. Dişlərini çəkirdilər”.

Ləfxanım Mahmudova hələ də o faciənin ağrısını çəkir:

"İllərdir dağlıq ərazidə yaşayırıq burada. Bu gün də bu dağlarda duman, çiskin olanda mən qorxumdan çölə çıxmıram. Təkrar-təkrar yaşayıram, elə bilirəm ordayam...
Hərdən yuxularıma girir uşaqlığım, oynadığım yerlər... İnşallah övladlarım gedib görər o yerləri”.

Uşaqlığı əlindən alınan, doqquz yaşında gözlərinin qarşısında doğmalarına və özünə olmazın işgəncələr verilən Ləfxanım deyir ki, hadisədən sonra üç ay 25 gün xəstəxanada qalıblar:

"Mənim də, bacılarımın da, atamın, anamın da ayaqları kəsildi. 28 il ötməsinə baxmayaraq, anamın ayağında olan yaralar sağalmır”.

Köçkünlük deyəsən mənim uşaqlıq illərimin alın yazısıdır – deyən Ləfxanım Xocalıdan sonra Ağdərəyə, Ağdama sığındığını xatırlayır... Sığındığımız yerlər də sonradan işğal olundu deyir və gözləri yol çəkir. Son dayanacaq kimi Oğuzda məskunlaşan gənc qız elə orada da ailə qurur. Bir qız, iki oğul anasıdır.

"Övladlarım mənim uşaqlıq nisgillərimlə böyüyüb” deyir Xocalı faciəsinin canlı sakini. Ayaqları göynədikdə Xocalı üçün göynəyir Ləfxanımın kövrək qəlbi:

"Şükürlər olsun, doğma torpaqlarımız qayıdır. Ali Baş Komandana təşəkkür edirik. Övladlarımızla qayıdarıq, yaşayarıq, onlar da orada böyüyərlər”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq