Xocalı qurbanları Bakı Avrasiya Universitetində də anılıb

Xocalı qurbanları Bakı Avrasiya Universitetində də anılıb
SOSİAL
10:00 01.03.2019
2693

 

Xocalı faciəsinin 27-ci ildönümü Bakı Avrasiya Universitetində də qeyd olunub. 

AZXEBER.COM xəbər verir ki, fevralın 26-da səhər saatlarında paytaxtın Sahil metrostansiyası yaxınlığından Xətai metrostansiyası qarşısındakı "Ana harayı” abidəsinə qədər olan məsafəyə yürüş təşkil olunub. Bakı Avrasiya Universitetinin kollektivi də Universitetin Ümumi İşlər üzrə prorektoru Günhan Hüseynlinin rəhbərliyi ilə həmin yürüşdə iştirak ediblər. Universitetin professor, müəllim və tələbə heyəti "Ana harayı” abidəsinin önünə gül dəstəsi düzüb, abidə qarşısında sayğı duruşu edərək, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yürüşdən sonra tədbir Universitetin akt zalında davam edib. 

"Xocalı əsrin faciəsidir” adlı tədbiri giriş sözü ilə açıq elan edən universitetin Tədris İşləri üzrə prorektoru, dosent Nigar Hüseynova 27 il öncə xalqımızın başına gələn faciədən danışaraq, mənfur düşmənin, erməni silahlılarının əliyalın, silahsız olan Xocalı sakinlərinə qarşı törədilən bu faciəni əsrin faciəsi adlandırıb.

Universitetin Elm və Beynəlxalq Əlaqələr üzrə prorektoru Səyavuş Qasımov öz növbəsində Xocalıda baş vermiş qətliamı XX əsrin faciəsi adlandırıb.

Tədbirdə "Xocalı əsrin faciəsidir” adlı esse yarışması qalibləri elan edilib. Qaliblərə mükafat və təltifnamələri universitetin Tədris İşləri üzrə prorektoru Nigar Hüseynova, Elm və Beynəlxalq Əlaqələr üzrə prorektor Səyavuş Qasımov təqdim ediblər.

 

 





OXŞAR XƏBƏRLƏR