Xocalı soyqırımı haqqında sənədli film ABŞ-da film festivalında nümayiş etdirilib

Xocalı soyqırımı haqqında sənədli film ABŞ-da film festivalında nümayiş etdirilib
MƏDƏNİYYƏT
18:27 23.11.2017
1559

ABŞ-ın Yuta ştatının festival şəhəri kimi tanınan Sedar şəhərində keçirilən nüfuzlu 11-ci "Red Rock” film festivalı çərçivəsində Xocalı soyqırımından bəhs edən "Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir.

Los-Anceles istehsalı olan və burada fəaliyyət göstərən yəhudi kinematoqraflar tərəfindən çəkilmiş bu sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və onların tükürpədici ifadələri vasitəsilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdırır. Filmdə həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımı pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilir.

Filmdə o cümlədən 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əldə etdiyi nailiyyətlərdən, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kampaniyanın oynadığı mühüm roldan bəhs olunur.

Filmin ABŞ-da ilk nümayişi 2017-ci il fevralın 21-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə həmin şəhərdə yerləşən və dünyanın ən böyük və nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental (Simon Wisenthal) Mərkəzinin Tolerantlıq Muzeyində baş tutmuşdur.

Qeyd olunmalıdır ki, 2007-ci ildən bəri hər il keçirilən "Red Rock” film festivalda qısa və tammetrajlı filmlər, qısa və tam sənədli filmlər və digər kateqoriyalar üzrə müxtəlif janrlarda ekran əsərləri nümayiş etdirilir. Ən yaxşı filmlər "Oskar”, "BAFTA” və "Sundance” kimi ən nüfuzlu film müsabiqələrinin qaliblərindən ibarət münsiflər heyəti tərəfindən seçilir.

Festival 2009-cu ildə ABŞ-da film sənayesi sahəsində ən tanınmış jurnallardan olan "MovieMaker” jurnalı tərəfindən tərtib edilən ən yaxşı film festivalları sırasında yer alıb. Festivala hər il dünyanın 50-yə yaxın ölkəsindən 700-dən çox film təqdim olunur. Onlardan yalnız seçilmiş filmlər festival çərçivəsində nümayiş etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"