Ramiz Mehdiyev sərəncam verdi

SİYASƏT
10:30 11.02.2019
4011
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 06.08.2020

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

23:39 05.08.2020

Lənkəranda 100 min manatlıq qızıl oğurlayan “Malış” saxlanıldı

22:56 05.08.2020

Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO

22:27 05.08.2020

Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi

22:22 05.08.2020

Qənirə Paşayeva aztəminatlı ailələrlə bağlı çağırış etdi

22:12 05.08.2020

ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb

21:27 05.08.2020

Peşə təhsili üzrə imtahanın keçirilmə qaydası müəyyənləşdi

20:28 05.08.2020

Şəhid generalın adı əbədiləşdirildi - FOTO

20:10 05.08.2020

Azərbaycan Livana bir milyon dollar yardım edəcək

19:55 05.08.2020

Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb - FOTO

19:32 05.08.2020

Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO

19:08 05.08.2020

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

19:02 05.08.2020

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

18:49 05.08.2020

Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi

18:25 05.08.2020

Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO

18:03 05.08.2020

Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

X Mostbet