“Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib

“Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib
SOSİAL
14:05 20.02.2019
3117
Ukraynanın Lvov şəhərində "Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib.

AZXEBER.COM xəbər verir ki, Ukraynada ilk dəfə olaraq Xocalı soyqırımı Beynəlxalq təşkilatların və ekspertlərin iştirakı ilə beynəlxalq səviyyəyə çıxarılıb.

Azərbaycanın Ukraynadakı səfirliyi, "Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamenti və UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarda Ukrayna Xarici İşlər Nazirliyi, UNESCO, beynəlxalq təşkilatların nümayəndələri, deputatlar, Ukrayna hərbiçiləri, yüksək rütbəli şəxsləri, diaspor təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən ehtiyatda olan general polkovnik İvan Ploxotnyuk ötən əsrin 90-cı illərində Azərbaycan ərazisində xidməti zamanı SSRİ rəhbərliyinə Ermənistanın işğalçılıq siyasətinə dair müraciəti haqqında məlumat verib. O müraciətində ermənilərin əməlləri barədə məlumat verib, Ermənistanı insanlığa və bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib.

General ermənilərə qarşı sərt və şiddətli çıxışı ilə fərqlənib və seminar üzvləri arasında geniş müzakirəyə, dəstəyə səbəb olub.

Xocalı soyqırımının artıq dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlarının tanıdığını qeyd edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov çıxışında Ermənistanın Azərbaycana qarşı tarixən apardığı soyqırım siyasəti barədə məlumat verib.

Tədbirdə çıxış edən "Lvov Politexnik” Milli Universitetinin prorektoru Oleq Matviykiv,UNESCO nun nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əməkdar jurnalisti, ehtiyatda olan general-leytenant Vasil Tarçineç, Xocalı soyqırımı şahidi, ukraynalı pilot, polkovnik Leonid Kravets, UNESCO-nun Ukrayna üzrə nümayəndəsi Kot Mixaylo, , Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamentinin rəhbəri Şəhriyar Məhərrəmov, Ukrayna Millətlər Assambleyasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Kobqresinin sədri Rövşən Tağıyev Konqresin Lvov şəhər təşkilatının sədri Teymur Məmmədov Xocalı soyqırımına dair faktlara toxunublar.

Bildirilib ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının günahkarları öz layiqli cəzasını almalıdır. Vuğulanıb ki, Xocalı soyqırımı təkcə Azərbaycana qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədilib.

Tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin Lvov üzrə nümayəndəsinin müavini Zinoviy Qoşovskıy də iştirk edib və seminar UNESCO-nun Ukraynadakı təmsilçiləri tərəfindən dəstəklənib. Sonda tədbir iştirakçılarını xüsusi diplomla təltif olunublar.

Qeyd edək ki, seminar Azərbaycanın Ukraynadakı səfirliyi, "Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamentinin və UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb