Xocalı soyqırımının tanınması üçün Ukrayna parlamentinə müraciət edildi

SİYASƏT
01:44 24.02.2015
1201

Azərbaycan Ukrayna Beynəlxalq Alyansı Xocalı soyqırımının tanınması üçün Ukrayna parlamentinə müraciət edib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə alyansın sədri Elmar Məmmədov Trend-ə bildirib.Onun sözlərinə görə, müraciətdə qeyd olunub ki, ABŞ-ın bir neçə ştatı, Pakistan, Kolumbiya, Meksika, Bosniya və Herseqovina, Çexiya və digər ölkələrin parlamentləri Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanıyıb: "Ukrayna və Azərbaycan arasında strateji münasibətlər mövcuddur. Hesab edirik ki, erməni vəhşiliyinin dünyada təbliği üçün Ukrayna parlamenti də Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımalıdır".E.Məmmədovun sözlərinə görə, müraciətdə qeyd olunub ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir:
OXŞAR XƏBƏRLƏR