“Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”

“Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”
SİYASƏT
17:05 24.02.2023
293
"Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Nazir xatırladıb ki, artıq bitmiş Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qırğını 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilib.

"İnsanlar diri-diri yandırılıb, başları kəsilib, əzab və işgəncələrə məruz qalıb. Bu faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-si qoca və qarı olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilib, 487 nəfərin yaralanıb, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil”, - XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Xocalı soyqırımını törədən Ermənistanın siyasəti etnik və milli ədavət üzərində qurulmuşdu.
OXŞAR XƏBƏRLƏR