Xocalıda yanğına səbəb olan şəxslər saxlanıldı

Xocalıda yanğına səbəb olan şəxslər saxlanıldı
SOSİAL
11:54 05.08.2025
215
Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. 

Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb. 

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
OXŞAR XƏBƏRLƏR