Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"

SOSİAL
11:14 26.02.2025
243
Xəbər verdiyimiz kimi Xocalı soyqımından 33 il ötür.
 
 "Azxeber Media"nın ərsəyə gətirdiyi "Mən evdən uzaqdayam" avtobioqrafik müsahibələr silsiləsindən həmin gün baş verən dəhşətli hadisələrdən danışan Xocalını son tərk edən sakin Ramiz Məmmədov gördüyü və yaşadığı dəhşətlərdən danışıb. 
 
O, həmin gecə baş verənləri belə xatırlayır:
 
"Bir ananı vurmuşdular və övladı onun sinəsini açıb yemək axdararkən donmuşdu. Xocalı faciəsi kimi ikinci belə vəhşilik hələ olmayıb. Erməni vəhşilikləri bununla da kifayətlənmirdi. Onlar körpə uşaqları yandırıb, başının dərisini soyur, ölənlərin yenidən başlarını kəsirdlər. Gözümlə gördüyüm bir çox şeyi təəssüf ki, danışa bilmirəm. Həmin anları xatırlayan zaman həyəcanlanıram".
 
Xocalını son tərk edən vətəndaş olaraq qadınların başına gətirilən dəhşətlərdən də danışıb:
 
"9 gündən sonra Xocalıdan son gələn mən olmuşam. Neçəsinin başının kəsildiyinin, qadınların çılpaq halda siqaret yanıqları ilə öldürüldüyünün şahidi olmuşam. Hətta siqaret kötüklərini də qadının bədəninə doldurmuşdular. Bunlar deyiləsi, danışılası dərdlər deyil. Allah bunu heç kimə göstərməsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
 


OXŞAR XƏBƏRLƏR