‘Xocalıya Ədalət’ Kampanyası yeni aksiyaya start verir

GƏNCLİK
18:30 25.10.2013
2321

Xocalı soyqırımıın növbəti il dönümündə (fevral 2014) bu faciə haqda daha dolğun və əhatəli informasiyanın yeni, maraqlı və kreativ ideyalar vasitəsilə dünya ictimayyətinə çatdırılması üçün öz təkliflərini təqdim etmək istəyən hər bir kəs kampaniyaya müraciət etməyə dəvət edilir. 

Aksiyanın məqsədi Xocalıda baş verənlərin beynəlxalq səviyyədə soyqırım kimi tanıtdırılması yolunda Xocalı faciəsi haqda məlumatların dünya ictimaiyyəti arasında daha geniş yayılması və akademik səviyyədə görüləcək işlərin miqyasının artırılmasından ibarətdir.

Aksiyada həm Azərbaycan, həm də əcnəbi vətəndaşların iştirakı mümkündür. Akysiyaya dəstək olmaq və iştirak etmək istəyən hər kəs öz təkliflər paketini elektron şəkildə 15 Dekabr 2013-cü il tarixinədək [email protected]/* */ ünvanına göndərə bilər.

Layihələr “Xocalıya Ədalət” kampanyasının mütəxəsisləri tərəfindən qiymətləndiriləcək və yekunda seçilmiş təkliflərin təşşəbbüskarları ilə görüş keçiriləcəkdir. Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ("Justice for Khodjaly") 2008-ci il mayın 8-də İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru, Leyla Əliyeva tərəfindən Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq aləm tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədilə təsis edilib.

OXŞAR XƏBƏRLƏR