Xocalıya yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb

Xocalıya yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb
SOSİAL
17:20 13.09.2025
193
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.

AXEBER.COM xəbər verir ki, Daşbulaq kəndinə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Daşbulaq kəndinə 67 nəfərdən ibarət 13 ailə köçürülüb.
OXŞAR XƏBƏRLƏR