Xocavənd və Füzuliyə qanunsuz gedən daha 6 nəfər saxlanıldı - Video

Xocavənd və Füzuliyə qanunsuz gedən daha 6 nəfər saxlanıldı - Video
SOSİAL
15:55 10.02.2021
591
Fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. 

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyən edilərək saxlanılıblar.

Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
 
 

 

 

 


OXŞAR XƏBƏRLƏR