Xocavənddə bir sıra evlərin təmirinə başlanılır

Xocavənddə bir sıra evlərin təmirinə başlanılır
SOSİAL
22:02 16.03.2026
70
Xocavənd rayonlarının bir sıra kəndlərində fərdi evlərin təmir işlərinə başlanılır.

AZXEBER.COM "Trend"ə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.

Məlumata görə, rayonun Quzumkənd, Cütçü, Qarakənd, Kiş kəndləri ərazisində fərdi evlərin təmir işlərinə müəllif nəzarəti işləri həyata keçiriləcək.

Bundan başqa, Tuğ, Məmməddərə, Zərdanaşen, Qağartsı, Böyük Tağlar kəndləri ərazisində 637 ədəd fərdi evlərin, Hadrut, Qaradağlı, Cəmiyyət, Sos, Ağbulaq, Arpadüzü, Köhnə Tağlar, Görərçi, Müşkabad, Çağaduz, Kəndxurt kəndləri ərazisində isə 639 ədəd fərdi evlərin layihələndirilməsi işləri aparılacaq.

Dövlət xidməti sözügedən işlərlə bağlı "Himmen Construction" və "ERA Design Group" Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) ilə müqavilələr bağlayıb.

Bağlanmış müqavilələrə əsasən, ümumilikdə qeyd olunan işlərin icrası 3.2 milyon manata başa gələcək.
OXŞAR XƏBƏRLƏR