Xocavənddə Birinci Qarabağ müharibəsinin daha altı şəhidi dəfn edilib - FOTOLAR

Xocavənddə Birinci Qarabağ müharibəsinin daha altı şəhidi dəfn edilib - FOTOLAR
SOSİAL
13:25 12.07.2024
115
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevlə keçirilən vida mərasimi başa çatıb.

Şəhidlərin nəşi Xocavənd rayonu Qaradağı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
///report
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR