Xocavənddə erməni minaya düşdü - Ayağı qopdu

Xocavənddə erməni minaya düşdü - Ayağı qopdu
DÜNYA
14:14 04.04.2023
232
Xocavənd rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qırmızı Bazar ərazisində aprelin 2-də meşə zonasında mina partlayıb və erməni mülki şəxs xəsarət alıb.

Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, həmin gün saat 15:10 radələrində üç erməni ərazidə qulançar yığarkən minaya düşüb və 1997-ci il təvəllüdlü G.B. xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib, ona sol ayağının travmatik amputasiyası diaqnozu qoyulub.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR