"Xocəsən" stansiyasında problem yaranıb - SƏBƏBİ AÇIQLANDI

"Xocəsən" stansiyasında problem yaranıb - SƏBƏBİ AÇIQLANDI
SOSİAL
09:35 01.08.2023
216
Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.
Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR