Meksikada silahlı şəxslər ölkənin qərbində xoruz döyüşdürülən yerə hücum edərək 20 nəfəri öldürüb, daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Atışma güclü Xalisko "Yeni nəsil" kartelinin narkotik ticarəti marşrutlarına nəzarət etmək üçün daha kiçik yerli dəstələrlə mübarizə apardığı Miçoakan ştatının Las-Tinajas şəhərində baş verib.
Prokurorluğun açıqlamasında yaralılardan üçünün qadın olduğu bildirilir. Onların hamısı güllə yarası alıb.
///lent.az