Xorvatiya Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir

Xorvatiya Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir
10:09 07.02.2013
989
Xarici işlər nazirinin müavini Xələf Xələfov Xorvatiya Xarici və Avropa işləri üzrə nazir müavini Yoşko Klisoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə tərəflər iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən və inkişaf dinamikasından məmnunluq ifadə ediblər.Nazir müavini Xələf Xələfov Azərbaycan və Xorvatiya arasında siyasi dialoqun yüksək səviyyədə olması, digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaratdığını bildirib. Görüş zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xorvatiyaya nəzərdə tutulan səfərinin yüksək əhəmiyyəti vurğulanaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin yeni səviyyədə inkişafına təkan verəcəyi qeyd olunub. Tərəflər səfərə hazırlıq işləri və gündəlikdə olan layihələr ətrafında geniş fikir mübadiləsi aparıblar. Xələf Xələfov maşınqayırma, gəmiqayırma, telekommunikasiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu söyləyib.Ermənistan-Azərbaycan münaqişəsi haqda Yoşko Klisoviçə ətraflı məlumat verən Xələf Xələfov, Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə maneə və region üçün təhdid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Son zamanlar Ermənistanın Xocalı hava limanının açılması ilə bağlı təxribat xarakterli addımları və bəyanatlarına toxunan diplomat Xələf Xələfov beynəlxalq birliyin, xüsusilə də Avropa İttifaqının Ermənistana təzyiqlərinin artırılmasının zəruri olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR