Xorvatiya millisinin baş məşqçisi: Biz hələ də varıq, davam edirik

İDMAN
22:24 19.06.2024
228

Biz hələ də varıq, davam edirik.

Bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Albaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiiyni söyləyib: "İki fərqli hissədən ibarət çətin oyun keçdi. Hesabda 2:1 önə keçməyimiz asan olmadı. Bununla belə, qələbə hesabını qoruya bilmədik. Biz hələ də varıq, davam edirik. Hər şey öz əlimizdədir. İspaniya ilə oyunumuz çox pis alınmışdı. Albaniya ilə matçda daha yaxşı görünürdük".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun matçında Xorvatiya Albaniya yığması ilə heç-heçə edib - 2:2./report



OXŞAR XƏBƏRLƏR