Xorvatiyada məktəblərə yalnız bu şəxslər daxil ola biləcək - SƏBƏB

Xorvatiyada məktəblərə yalnız bu şəxslər daxil ola biləcək - SƏBƏB
DÜNYA
16:11 07.01.2025
204
Xorvatiyada bir tələbənin ölümü ilə nəticələnən bıçaqlı hücumdan sonra məktəblərə yalnız tələbələr və işçilər buraxılacaq.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Təhsil Nazirliyi 7 yaşlı şagirdin öldüyü, 6 nəfərin yaralandığı hücumdan sonra məktəblərdə bir sıra təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb.

Açıqlamada məktəblərin mühafisəsi üçün təhlükəsizlik sahəsində xüsusi təhsil almış şəxslərin təyin olunduğu, məktəbdən kənarda şəxsi heyətlə görüşlərin təyinatla keçiriləcəyi də vurğulanıb.

Qeyd edək ki, 20 dekabrda Xorvatiyanın paytaxtı Zaqrebdə Precko İbtidai məktəbinə bıçaqlı hücumda 1 şagird ölüb, 1 müəllim və 5 şagird yaralanıb.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR