Xorvatiyada prezident seçkiləri keçiriləcək.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, birinci turda ölkənin hazırkı prezidenti Zoran Milanoviçin ən güclü rəqibi, Sosial Demokrat Partiyasının namizədi Draqan Primoraçdır.
Avropa İttifaqı (Aİ) və NATO üzvü Xorvatiyada 3,7 milyondan çox seçici bu il Avropa Parlamenti və parlament seçkilərindən sonra 3-cü dəfə səs verəcək.
Ölkədə aparılan sorğuya görə, 8 namizədin yarışacağı seçkidə əsas rəqabət hazırkı prezident Zoran Milanoviçlə Sosial Demokrat Partiyasının namizədi Draqan Primoraç arasındadır.
Qeyd edək ki, səsvermə 29 dekabrda keçiriləcək.
Cəmalə