Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı verdiyi qərarına Xorvatiyadan dəstək gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Xorvatiya prezidenti Zoran Milanoviç İsveç və Finlandiyanın NATO-ya müraciəti ilə bağlı açıqlamalar verib.
Milanoviç Türkiyənin terrora verdiyi dəstəyə görə iki ölkənin NATO-nun addımına veto qoyma qərarını dəstəkləyən ilk ölkə lideri olub.
Xorvatiya lideri "Türkiyə onun üçün vacib olan şeyləri tələb edir. İsveçi dost olaraq görmür", deyə qeyd edib.
Xorvatiya prezidenti Zoran Milanoviç Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı tələblərini əsaslandırdığını və bu vəziyyətin İsveçin üzvlüyünü çətin vəziyyətə saldığını bildirib.
İsveçin bu tələbləri yerinə yetirə biləcəyindən əmin olmadığını ifadə edən Milanoviç "İsveç Türkiyənin istəklərini yerinə yetirsə, artıü köhnə İsveç olmayacaq. NATO-ya daxil olsa, əvvəlki kimi bir ölkə olmayacaq", deyə əlavə edib.
Aydın Nuri