"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
AzxeberSport-un əldə etdiyi özəl məlumatına görə, əyalət təmsilçisi xorvatiyalı futbolçu Vinko Medimoreçlə yaxından maraqlanır.
"Qırmızı-qaralar" mərkəz müdafiəçi ilə ilkin razılıq əldə ediblər.
Qeyd edək ki, 24 yaşlı futbolçunun sonuncu komandanı Xorvatiyanın "Slaven Belupo" klubu olub. 2015-ci ildən buradan çıxış edən Medimoreç ümumi 98 qarşılaşmada 4 qol vurub, 1 assist edib.