"Xoşbəxt qadın deyiləm, çünki..." - Rəqqasə Fatimə

"Xoşbəxt qadın deyiləm, çünki..." - Rəqqasə Fatimə
MAQAZİN
10:21 22.12.2023
184

"Bir qadın kimi xoşbəxt deyiləm. Bu gözəllik, geyim, saç hamısı müvəqqətidir, bir gün hamısı yox olub gedəcək. Hərdən deyirəm mən çox gözələm. Hə nə olsun ki?”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Space” kanalının "Space maqazin” verilişinə rəqqasə Fatimə Fətəliyeva deyib.

Təkliyə çəkildiyini etiraf edən Fətəliyeva, insanlara olan inamını itirdiyini açıqlayıb:

"İnsan həyata necə tək gəlibsə, Allaha da elə tək gedəcək. Qəlbim sınıb insanlardan. Bir qadın kimi xoşbəxt deyiləm. Qadın ağır yükü çiynində daşıyanda xoşbəxt ola bilməz. Kövrəyəm. Belə insan pis insan ola bilməz. Çünki göz yaşı yalandan axmaz. Xoşbəxt olduğum tək yer səhnədir. Ola bilsin ki, mən elə səhndə öləcəm”.

 

Aysel

OXŞAR XƏBƏRLƏR