“Xoşbəxtəm, keçmiş ərim haqda danışmayacağam”

“Xoşbəxtəm, keçmiş ərim haqda danışmayacağam”
MAQAZİN
20:52 22.06.2018
5899

Uzun müddətdir ki, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva "Sabah" qəzetinə müsahibə verib.

Azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, şəxsi həyatı barədə bəzi məqamlara aydınlıq gətirib, 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyip Ərdoğanı dəstəkləyəcəyini bildirib:

"Türkiyədə seçki zamanı elə bil ki, hər hansı bir festivaldır.  Küçələrdə bayraqlar, seçki üçün özəl oxunan mahnılar. Bunları ilk dəfə görəndə çox təəccüblənmişdim, xoşuma gəlmişdi. Seçkilərdə demokratiyanın əsas amil olduğunu bilirəm. Namizədlərin güclü olduğunu, partiyaların ciddi hazırlaşdığını görürəm. Hazırki Türkiyə prezidentinin güclü liderlik özəlliyi seçicilərə təsir edir. Azərbaycanlılar və türklər həmişə qardaşdılar. 

Əminəm ki, bizim də səsvermə hüququmuz olsa, Ərdoğanı seçərdik. Hörmətli İlham Əliyevlə Ərdoğan hər zaman seçkiqabağı görüşür. Bu, artıq bir ənənə halına gəlib.  Azərbaycan da Türkiyədəki seçkiləri yaxından izləyir.  Bütün siyasətçiləri sevirlər, amma ən çox Rəcəb Tayyip Ərdoğanı. Çünki o, dünyada yaşanan bütün ədalətsizlik və haqsızlığa yüksək səslə etiraz edir, qarşı çıxır. Bu səbəbdən əksəriyyətimizin ona qarşı simpatiyası var". 

Günay daha sonra oğlu Cahangir haqqında danışıb: "Cahangir həyatımın ayrılmaz bir parçasıdır.  O, güc aldığım nöqtədir.  Bir-birimizi anlaya biləcək incə bir bağ var. Bütün vaxtımı ona ayırıram. Çox yaradıcı bir uşaqdır. İndidən rus, ingilis dillərində danışır.  Oğlum tək deyil, o, atasının yoxluğunu hiss etmir, heç kimə də ehtiyacı yoxdur". 

Musayeva müsahibəsində sevgilisinin olduğunu da qeyd edib: "Həyatımda hər şey qaydasındadır.  Hətta daha əvvəl görmədiyim hissləri yaşayıram. İlk dəfədir ki, yeni və fərqli bir şeyin içindəyəm. Buna bir ad qoymaq istəmirəm. Əslində nə ad vermək olduğunu belə bilmirəm. Deyəsən, əvvəl belə bir duyğu yaşamadığım üçün hisslərimə tərif deyə bilmirəm". 

Model keçmiş aktyor əri Tolqa Kareldən daha danışmaq istəmədiyini söyləyib: "O qədər xoşbəxtəm ki, adını anmadığım biri haqqında danışmaq istəmirəm". 


OXŞAR XƏBƏRLƏR