Xose Bernardo futbolçularımızı kəskin tənqid etdi (KÖŞƏ)

Xose Bernardo futbolçularımızı kəskin tənqid etdi (KÖŞƏ)
KÖŞƏ
15:19 28.08.2011
2809
Rəngimə baxmayın, bu, bədbinliyimə rəvac vermir. Nişanlı qızın toya hazırlaşmaq həvəsinə bənzədirəm Tofiq Bəhramov adına Respublika Stadionunun dolmağını. Bəzənir, qürurlanır, dolur və gözləyir.Toy başlanır, tamada gəlir, arxası ilə də musiqiçiləri. AFFA-nın dirijor qiyafəsində təqdim etdiyi Foqts da əslində tamadadı. Amma o bizim azarkeşləri ələ almağı bacarmır. Onun böyük ansamblı yeganə alətlə, topla da fərli-başlı davrana bilmir. Azarkeşlər hava sifariş edir, Foqts isə dirijorsayağı dayanıb, yəni arxası bizə...Bu oyun sümüyümüzə düşmür. Azarkeşlərin arası ilə utana-utana oğlan toyuna gəlmiş qız evinin adamı kimi sivişib, keçirəm. Kimi metro ilə, kimi də avtobusla, zorla evinə qayıdır. Söyə-söyə, bir də baxmağa gəlməyəcəyinə tövbə edə-edə. Futbolçularımız isə bəzədilmiş toy maşınına əyləşir...Səhər sərxoşluqdan ayılıb öyrənirəm ki, bu böyük yox, kiçik toy imiş. Millimizin kiçik toyu. Heç bu toya pul da yazdırmadım. Yaxşı olmadı, gör neçə şiş qol yedik. Yadıma düşmüşkən, təzə tikilmiş "Dalğa" şadlıq sarayının süftəsi də korlandı.Makedoniya ilə oyunda Foqts da kömək edə bilmədi. Belçika ilə matçda isə heç Devid Koperfild də möcüzə göstərə bilməz. Bizim komandamızda futbolçu işləyən kəslər bu sənəti küçədə öyrəniblər. Onlar məhəllə futbolunun məzunlarıdır. Onlardan ali nəsə tələb etmirəm. Amma sizin borcunuz var. Siz hər oyundan əvvəl mahnı yox, AZƏRBAYCAN himnini dinləyirsiz və bəzən də oxuyursuz. Yerinizə olsam, "bəsdi!" - deyərdim. Qorxmayın, bu sınmaq anlamına gəlmir. Günəşin qürubuna baxın, hətta o da tanrının izni ilə yerini Aya verir. Verir ki, yataq və unudaq. Bu məğlubiyyətləri unutmağa ehtiyacımız var, səmimi deyirəm. Üfüqdə yox olarkən möhtəşəm görüntü yaradacaqsınız. Bu əzəmətli qürubu seyr edən ata oğluna, ana qızına deyəcək, bu gün əla gün idi...

Özünüz öz gözünüzdə böyüyəcəksiz. Bundan böyük nə ola bilər. Yol göstərəcək qədər böyük deyiləm. Elə kiçik olduğum üçün də kiçikliyinizi görürəm. Anlayıram və acıyıram. Futbol pərdəsini qapadın, belə tamaşada oynamaq sizə baş ucalığı gətirməz. Nəyi gözləyirsiz? Qrupumuza bizdən savayı 5 dənə Lixtenşteyn kimi ölkənin düşməyini? Əsli Kubadan olan biri kimi uzun-uzadı məğlubiyyət serialına baxmağa öyrəncəli olsam da usanmışam. Makedoniya ilə oyuna baxanda yaxınlarımdan biri səsləndi, vay Xose, yenə futbola baxırsan? - Bu VAY sozü məni tutdu. Doğrudan futbolda vayımız çatıb. Pandevin qolundan sonra işıqları sondürüb Mirzə Cəlili xatırladım. Allah sizə rəhmət eləsin, ölülər.

Xose BERNARDO

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik