Xoşlandığı qızdan rədd cavabı aldı – Məhkəməyə verərək 2 milyon tələb etdi

Xoşlandığı qızdan rədd cavabı aldı – Məhkəməyə verərək 2 milyon tələb etdi
DÜNYA
15:17 03.02.2023
473
Sinqapurda qəribə hadisə baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kawshigan adlı kişi tanışı Nora Tandan adlı qadına iki dəfə görüş təklif edib.

Nora Tan həmişə onunla görüşməkdən imtina edib, ona sadəcə dost olduqlarını söyləyib.

Kawshigan rədd cavabının onun psixoloji sarsıntı keçirməsinə səbəb olduğunu deyərək Noranı məhkəməyə verəcəyini bildirib. Nora isə psixoloji müalicə prosesində ona dəstək olacağını deyib.

Məlumata görə, Nora bir il ərzində Kawshiganın psixoloji müalicəsinin hər seansında onu müşayiət edib. Amma bir il sonra Kawshigana dəstək olmağı dayandırdıqda vəziyyət yenidən gərginləşib. Kawshigan Noranın onu sarsıtdığını və nüfuzuna xələl gətirdiyini deyərək 2,2 milyon dollar təzminat tələb edib.

Məhkəmə Kavşiqanın Noranın ona qarşı dostcasına yanaşmasını emosional yanaşma kimi qəbul etdiyi və ittihamların əsassız olduğu qənaətinə gəlib. 

Məsələ ilə bağlı məhkəmənin qərarı yaxın günlərdə açıqlanacaq.

Aydın
OXŞAR XƏBƏRLƏR