Xoşqədəm sosial şəbəkədə təhqir yazanı məhkəməyə verdi

Xoşqədəm sosial şəbəkədə təhqir yazanı məhkəməyə verdi
MAQAZİN
10:29 22.02.2018
2982
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ona tənqidi şərh yazan Nura Paşayevanı məhkəməyə verib.
 
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə status yazıb: "Onu axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm".
 
Qeyd edək ki, X.Hidayətqızı ötən gün verilişində bildirib ki, ona təhqir yazanlar məhkəməlik olacaq: "Bu günə kimi yazılan heç bir tənqidi şərhlərə fikir verməmişəm. Amma bundan sonra belə olmayacaq. Bir kəlmə təhqir yazan adamı belə bağışlamayacam. Onu məhkəmədə diz çökdürəcəm. Üç oğul böyüdürəm. Məni, üzümü, ayağımı, apardığım verilişi sevməyə bilərsən. Amma ixtiyarınız yoxdur ki, oğlumun başını aşağı edəcək sözlər yazasınız”.
OXŞAR XƏBƏRLƏR