Xoşqədəm Hidayətqızı də maaşının müəyyən hissəsini bağışladı

Xoşqədəm Hidayətqızı də maaşının müəyyən hissəsini bağışladı
SOSİAL
23:40 21.03.2020
4936
"Çətin günlər yaşayırıq. Ancaq gözəl günlərin gələcəyinə inanırıq, dua edirik. Bu çətin günlərdə məsuliyyətli olmalı və qoyulan qaydalara əməl etməliyik. Vətəndaş olaraq sosial məsulyyətimizi dərk etməliyik”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.

O bildirib ki, öz maaşının müəyyən hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayacaq: 
 
"Biz bu bəlaya qalib gələcəyimizə inanmalıyıq. Bir vətəndaş olaraq mən də əmək haqqımın müəyyən bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayacağam. Bu bir vətəndaş olaraq mənim borcumdur. Ümid edirəm ki, imkanı olan hər kəs bu addımı atacaq. Biz birlikdə güclüyük".
OXŞAR XƏBƏRLƏR