Xoşqədəm Hidayətqızı səriştəsiz həkimlərin qurbanı oldu - FOTO

Xoşqədəm Hidayətqızı səriştəsiz həkimlərin qurbanı oldu - FOTO
MAQAZİN
11:47 08.09.2017
16586
Tanınımış aparıcı Xoşqədəm Baxşəliyevanın müraciət etdiyi bir neçə həkimin müayinəsi və xəstəliyinə laqeyd yanaşması onun vəziyyətini daha da ağırlaşdırıb.

AZXEBER.COM-un məlumatına görə, telejurnalist bu barədə İnstagram səhifəsində yazıb.

O bildirib ki, dünən çəkilişdə dişi elə ağrıyıb ki, işini yarımçıq qoyub.

"Aylardır, diş ağrısından əziyyət çəkirdim. Hansı həkimə gedirdim, "problem yoxdur, soyuq nəsə içmisən" deyirdi. Dünən çəkilişdə dişim elə ağrıdı ki, işimi yarımçıq qoyub uzun illərdir Avropada yaşayan dostumun mənə məsləhət gördüyü həkimə müraciət etdim. Getdim və qarşılaşdığım o dəhşətli görüntü fotodadır. Baxın!

Bir çox imkanlı, tanınan insanın üz tutduğu həkim illər öncə mənim dişimi müalicə edərkən alət qırılır və diş kökündə qalır. Ağrı verməyi bir yana, dişin dibində bir neçə aya yaranmış o kista və sinirə doğru böyüməsi və s. Vahiməli nəticəni düşünün..

Hamının inanıb, yanına getdiyi o həkimlə bağlı, sizcə, hansı addımı atım? Axı mən sənin yanına inanıb gəlmişdim. Qazandığın o pulu rahat yeyəcəyinə əminmisən?”, - deyə X.Baxşəliyeva qeyd edib

OXŞAR XƏBƏRLƏR