Xoşqədəm Hidayətqızı TƏBİB-dən şikayət etdi - "Niyə insanlar aylarla növbə gözləməlidir?"

Xoşqədəm Hidayətqızı TƏBİB-dən şikayət etdi - "Niyə insanlar aylarla növbə gözləməlidir?"
SOSİAL
12:51 14.11.2025
244
Tanınmış teleaparıcı, əməkdar jurnalist Xoşqədəm Hidayətqızı TƏBİB-dən şikayət edib.
 
AZXEBER.COM xəbər verir ki, onun sözlərinə görə təcili olaraq anju edilməsi məsləhət görülən ağır xəstəni heç bir özəl xəstəxana qəbul etməyib:
 
"Verilişimdə qonaq olan qızın atası Zakir kişi ağır xəstədir. Həkimlər ona təcili olaraq anju olunmağı məsləhət biliblər. Mən də onu özəl xəstəxanalardan birinə göndərmişəm. Çünki həftə sonu olduğu üçün heç bir dövlət xəstəxanası işləmirdi. Ağır vəziyyətdə olan və dərhal əməliyyata alınmalı olan bu xəstəni heç bir özəl xəstəxana qəbul etməyib. Bunun səbəbi bilirsiniz nədir? Deməli bu əməliyyat dövlət xəstəxanalarında və ancaq  TƏBİB-in özünün məsləhət bildiyi özəl xəstəxanalarda edilə bilər. Axı nəyə görə belə olmalıdır? Bunu dövlətimiz xalqının rifahı üçün edib, bu gün rahat şəkildə icbari tibbi sığorta ilə imkansız insanlar dərdlərinə çarə tapırlar. 

Teleaparıcı TƏBİB-ə müraciət edib: 

"Bunda maraq nədir ki, özəl klinikalarda bu əməliyyatları etmək mümkün deyil və ya mümkündür amma icazə yoxdur. Niyə mən şəxsiyyət kimi istənilən özəl klinikada hüququmdan istifadə edə bilmirəm. Axı dövlətim mənə bu şəraiti yaradıb. Təsəvvür edin ki dövlət xəstəxanasında da bu əməliyyata növbə gözləyən nə qədər xəstə insan var...Bu icazə verməməyin arxasında nə dayanır? Niyə xəstə insanlar aylarla qapılarda növbə gözləməlidir? Nə vaxt onlara növbə çatacaq? O öləndən sonra əməliyyat edəcəksiz?”.

O qeyd edib ki, Türkiyədə bu sahədə vəziyyət fərqlidir: 
 
"Mənim öz ailəmin Türkiyədə icbari sığortası var. Biz gedirik, orada istənilən özəl klinikada hüququmuzdan yararlanırıq. Niyə Azərbaycanda bu mümkün deyil? istəyirəm ki, TƏBİB mənim sualıma cavab versin. Məni başa salsın ki, nə üçün biz dövlət xəstəxanalarında aylarla növbə gözləməliyik?”.
 
Aysel

 
OXŞAR XƏBƏRLƏR