Xoşqədəmə evlilik təklifi edən diplomat kimdir?

Xoşqədəmə evlilik təklifi edən diplomat kimdir?
MAQAZİN
15:48 28.09.2016
7443
Teleaparıcı Xoşqədəm Hidayətqızı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, lent.az-a danışan aparıcı Doğuşla evlənməzdən öncə iş adamından və diplomatdan evlilik təklifi aldığını deyib:
"Boşandığım ildən evlilik təklifləri almışam. Onların içərisində diplomat da, iş adamı da var idi, bütün sahələrdən olan insanlar mənə evlilik təklif edib. Amma oğluma görə ailə qurmurdum. Hər zaman deyirdim ki, yox, mən onu böyüdəcəm, ona kimsə nəsə deyə, qışqıra bilməz. Hər zaman böyük ailəm, çoxlu uşaqlarım olmasını istəmişəm. İkinci dəfə ailə quranda da ana olmaq istəyəcəkdim. Bu halda isə istər-istəməz uşaqlar, atalıq onun qəlbinə dəyə bilərdi. Bunları düşündüyüm üçün evlilik təkliflərinə "yox” deyirdim. Valideynlərim mənim ailə qurmağımı çox istəyirdilər. Tək qalmağıma razı deyildilər. Yaxşı ki, onları eşitdim, indi tək deyiləm".

OXŞAR XƏBƏRLƏR