“Xoşxassəli şişlər sonradan xərçəngə çevrilir” – Həyəcan təbili

SAĞLAMLIQ
14:04 29.04.2016
1400

 

"Gur və təkrar olunan qanaxmalar zamanı dəmir çatışmazlığı, anemiya yaranır ki, bu da özünü yorğunluq, yuxusuzluq, infeksiyalara qarşı zəif müqavimətin olması ilə biruzə verir".

Bu sözləri Aktual.az-a danışan Fransa təhsilli cərrah, mama -ginekoloq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı İlahə Quliyeva söyləyib.

Onun sözlərinə görə, anormal qanaxması olan qadınlar mütləq ginekoloqla konsultasiya etməli , müvafiq qan təhlilləri verməli, ultrasəs müayinəsindən keçməlidirlər.

Qanaxmalar aşağıdakı səbəblərdən baş verə bilər :

Miomalar qanaxma verə bilər:

Endometriya qatının altında yerləşən submukoz düyünlər xoşxassəli şişlərdir, aybaşı zamanı və aybaşıdan kənar dövrlərdə qanaxmalara səbəb olur. Bu tipli düyünlərin müalicəsi yalnız cərrahi üsulladır. Endoskopik üsulla, heç bir kəsik aparmadan və çapıq qoymadan bu düyünləri xaric edirik.

Poliplər qanaxmaya səbəb ola bilər :

Poliplər xoş xassəli törəmələr olsalar da, xərçəngönü xəstəliklər qrupuna aiddirlər. Vaxtında müalicə olunmazsa, bədxassəli törəməyə çevrilə bilərlər. Polip zamanı gur və uzunmüddətli qanaxmalar və aybaşıdan kənar dövrdə qanamalar izlənilir. Poliplər ultrasəs müayinəsi zamanı aşkarlanır və diaqnostik histeroskopiya ilə təsdiqlənir (uşaqlıq boşluğunun optik kamera ilə təchiz edilmiş 5mm-lik boru cihaz ilə müayinəsi). Poliplər bədxassəli şişə və uşaqlıq xərçənginə çevrilməmiş histeroskopik üsulla götürülməlidir.

Stres qanaxmaya səbəb ola bilər :

 

Cinsi hormonlar baş beyin tərəfindən idarə olunur, əsasən 2 struktur ilə - hipofiz və hipotalamus, hansı ki, bütün psixoloji hallara güclü reaksiya verirlər ( şok, hirslənmə, səyahətə getmək). Stres hormonal müvazinəti pozaraq qanaxmaya səbəb ola bilir.

Ovulyasiya qanaxmaya səbəb ola bilir :

Ovulyasiya dövründə kiçik qanaxmalar ola bilər. Bu qısamüddəttli olub, uşaqlığın bu dövrdə yaranmış olan hormonal dəyişikliyə reaksiyasıdır.

Premenstrual sindrom qanaxmaya səbəb ola bilir :

Premenstrual sindrom zamanı çox zaman aybaşıdan az öncə qəhvəyi ləkələr gəlir.

Bu sindrom hər qadında müxtəlif tipdə özünü göstərir. Aybaşıdan öncə müxtəlif simptomlarla xarakterizə olunur: yorğunluq, baş ağrıları, bulemiya, depressiv hal, qıcıqlı olma, yuxusuzluq, süd vəzilərində gərginlik və ağrıların olması.

Kontraseptivlər də qanaxma verə bilir :

Digər qanaxmalar: endometrit (uşaqlığın selikli qişasının infeksion iltihabı) və adenomioz .

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir