Xristian ata müsəlman olan qızını öldürdü

DÜNYA
12:12 02.05.2014
1565
Kilsəyə girməyə çalışan fəallar təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
İordaniyada xristian bir ata müsəlman qızını öldürüb.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, İordaniyada xristian bir ata qızının islamla əlaqədar təşkil edilən konfransda iştirak etdikdən sonra müsəlman olmağını ölümlə cəzalandırıb.
Qızının islam dinini qəbul etməyə qərar verməsi atanı özündən çıxarıb və əsəbiləşən ata qızının başına daşla vuraraq onu öldürüb.
Ölən qızın iştirak etdiyi konfrans İordaniya Universitetində keçirilib.
Hadisəyə qəzəblənən başqa bir qrup isə Aclun şəhərindəki kilsəyə basqın etməyə çalışıb. Xristian qızın atası tərəfindən öldürülməsinə etiraz edən və kilsəyə girməyə çalışan fəallar təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
İordaniyanın aidiyyəti orqanları isə mövzu ilə bağlı hələ rəsmi bir açıqlama verməyib.
OXŞAR XƏBƏRLƏR