XRİTDX və Mərkəzi Bank arasında Anlaşma Memorandumu imzalanıb

XRİTDX və Mərkəzi Bank arasında Anlaşma Memorandumu imzalanıb
SOSİAL
11:37 26.10.2023
141
Cari ilin 26 oktyabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb. 

AZXEBER.COM xəbər verir ki, anlaşma Memorandumu XRİTDX və Mərkəzi Bank arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır. 

Həmçinin, Anlaşma Memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi "CERT”-in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Memorandum Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən "CyberFest” kiberfestivalında imzalanıb.

OXŞAR XƏBƏRLƏR