XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırdı

XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırdı
SOSİAL
16:46 14.01.2026
435
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

Bildirilib ki, son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır. Xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-yə məxsus "myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.

XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən bu kimi saxta domenlərin bir neçəsi müəyyən edilərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanması təmin edilib. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin "Blacklist.gov.az” platforması vasitəsilə də ictimaiyyətə təqdim olunub.

Vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az – vətəndaşların saxta domenlərdən qorunması platformasına əlavə etmələri, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələri, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmaları tövsiyə edilir.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
14:33 12.08.2026
İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
14:28 12.08.2026
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
14:23 12.08.2026
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
14:21 12.08.2026
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılanlarla bağlı
14:20 12.08.2026
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılanlarla bağlı
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
14:16 12.08.2026
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
Dörd rayonda yanğın törədənlər saxlanıldı
13:51 12.08.2026
Dörd rayonda yanğın törədənlər saxlanıldı
Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
13:44 12.08.2026
Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
Ukrayna NATO-dan kömək istədi: Təhlükə getdikcə artır
13:33 12.08.2026
Ukrayna NATO-dan kömək istədi: Təhlükə getdikcə artır