XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki

XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki
SOSİAL
19:18 24.03.2026
166
Müqəddəs Ramazan bayramı və Novruz bayramı ilə əlaqədar olaraq Xüsusi Təyinatlı Qüvvələr (XTQ) komandanı tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələrinə və qazilərinə bayram sovqatı və təbrik məktubu göndərilib. Bu nəcib addım həm şəhid ailələri, həm də qazilərimiz tərəfindən böyük minnətdarlıq və məmnunluqla qarşılanıb.

AZXEBER.COM şəhid ailələrinə ünvanlanan məktubu təqdim edir:

Dəyərli şəhidimizin hörmətli ailəsinə !

Vətənimizin azadlığı və xalqımızın qüruru naminə canlarından keçmiş igid şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir. Onların göstərdiyi şücaət və fədakarlıq heç zaman unudulmayacaq, şərəfli döyüş yolu gələcək nəsillərə örnək olacaqdır.

Müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı adından Sizə dərin ehtiramımızı və sonsuz minnətdarlığımızı bildirir, bu bayram sovqatını şəhidlərimizin müqəddəs ruhlarına olan hörmət və sədaqət nişanəsi olaraq təqdim edirik.

Uca Allah şəhidlərimizə rəhmət eləsin, Sizlərə səbir, möhkəm can sağlığı və qəlb rahatlığı bəxş etsin. Bayramlar evinizə nur, ruzi və ümid gətirsin.

Hörmətlə, Xüsusi Təyinatlı Qüvvələr Komandanı

Qazilərə ünvanlanan məktubda deyilir:

Əziz və dəyərli silah qardaşım!

Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü və xalqımızın şərəfi uğrunda göstərdiyiniz misilsiz şücaət və fədakarlıq hər zaman qürur mənbəyimizdir.

Sizin qəhrəmanlığınız, iradəniz və Vətənə sədaqətiniz tariximizin şanlı səhifələrində əbədi yaşayacaqdır. Bu müqəddəs və milli bayram günlərində Sizə və ailənizə möhkəm can sağlığı, ruzi-bərəkət, firavanlıq və xoş günlər arzulayırıq.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, əsgərlərimizi qorusun, Vətənimizi daim uca və qüdrətli etsin!
OXŞAR XƏBƏRLƏR