XTQ kapitanı şəhid Nurlanın övladı dünyaya gəldi, övladına adı verildi

XTQ kapitanı şəhid Nurlanın övladı dünyaya gəldi, övladına adı verildi
SOSİAL
17:13 09.03.2021
2598
Bu gün Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı və Dağ kəşfiyyatçısı Nurlan Mustafayevin oğlu dünyaya gəlib.
 
AZXEBER.COM-un məlumatına görə, şəhidin oğluna atasının adı verilib. 
 
Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
 
O Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. 
 

OXŞAR XƏBƏRLƏR