Xudat-Nabran yolunda maşın aşıb: Xəsarət alanlar var

Xudat-Nabran yolunda maşın aşıb: Xəsarət alanlar var
SOSİAL
18:14 10.07.2021
639
Bu gün Xudat şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xudat- Nabran yolunda qeydə alınıb. VAZ-2106 markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Bəhruz İskəndərov və Natalya Suxominova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR