Xudatda nə baş verir?

SİYASƏT
02:20 10.05.2013
4199

“Xudatda baş verən adi bir nəqliyyat hadisəsidir. Sadəcə, bəzi destruktiv qüvvələr bu hadisədən istifadə edərək, yalan məlumat yaymaq, süni gərginlik yaratmaq istəyiblər”.

AZXEBER.COM-un məlumatına görə, bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib.

General bildirib ki, bu gün günorta saatlarında Xudat şəhərində Xudat Sərhəd Dəstəsinin rəisi, polkovnik Rövşən Səfərova məxsus avtomobil başqa bir maşınla toqquşub, hadisə nəticəsində xəsarət alan olmayıb: “Qəza baş verən anda sürücülər qaydanı kimin pozması ilə bağlı bir az mübahisə ediblər. Bu hər bir yol-nəqliyyat hadisəsində yaşanan ənənəvi haldır. Sonra da bir-birilə anlaşıb, barışıblar. Məsələ bununla da bitib. Sadəcə, qəza hadisəsini yaxınlıqdakı çayxanadan izləyən bir neçə müxalifətçi gərginlik yaratmağa, adi yol-nəqliyyat hadisəsindən istifadə etməyə çalışıblar. Lakin tərəflər onlara əhəmiyyət verməyiblər. Bu antimilli şəxslərin rayonda gərginlik yaratmaq cəhdləri baş tutmayıb”.

DSX rəisi bildirib ki, o, özü də Xudata gəlib, hadisəni yerində araşdırıb: “ Qeyd elədiyim kimi hadisə ilə bağlı heç bir şikayətçi yoxdur. Burada yerli əhali ilə də görüşdüm, qəzadakı digər tərəfi də dəvət edib, dinlədim. Onun da heç bir narazılığı yoxdur. Yəni rayonda hansısa gərginlik yoxdur, etiraz aksiyası da keçirilməyib”.

Xatırladaq ki, bu gün hadisə ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov daAPA-ya danışıb. O bildirib ki, mətbuatda Xudatda etiraz aksiyası olması ilə bağlı yazılanlar həqiqəti əks etmir: “Rayonda heç bir aksiya keçirilməyib”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb