Azərbaycanın sevilən müğənnisi, xanum-xatun sənətçi Xumar Qədimovaya göz dəyib.
Ötən gün televiziyalardan birində son xitlərini ifa etdikdən sonra fanatlarının coşqusu ilə rastlaşan müğənninin başına iş gəlib. Etibarlı mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, onunla şəkil çəkdirmək istəyən fanatlarına yaxınlaşarkən, müğənni pilləkənlərdən yıxılıb.
Müğənni bərk ağrılardan əziyyət çəksə də, hadisə yerində təcili yardıma ehtiyac duyulmayıb. Hadisənin diqqətçəkən məqamı isə, müğənninin baş verənlərə, rəğmən fanatları ilə şəkil çəkdirməkdən imtina etməməsidir.
Xumar Qədimovanın AZXEBER.COM-a verdiyi açıqlamada, hazırda onun ayağında bərk ağrılar var. Hətta ötən gün sınıqçıya da ehtiyac duyulub. Hazırda ayağı müəyyən qədər göyərən və şişən müğənni isə, fanatları ilə görüşünə görə, heç də peşman olmadığını bildirib.