Xumar Qədimova üsyan etdi - VİDEO

Xumar Qədimova üsyan etdi - VİDEO
MAQAZİN
14:03 04.07.2017
1109
Əməkdar artist Xumar Qədimova yeni ifasını təqdim edib.
 
AZXEBER.COM-un məlumatına görə, sevilən ulduz daha bir türk mahnısını repertuarına salıb.
X.Qədimova bildirib ki, "Tanrım” mahnısını seçməsinə səbəb bacısı Matan xanım olub:
"Hazırda çox möhtəşəm iki layihə üzərində çalışıram. Bəşəri dəyərləri ehtiva edən böyük kompozisiyanı payızda təqdim edəcəm. Ümid edirəm ki, digər sosial layihələrim kimi bu əsər də böyük marağa səbəb olacaq.

"Tanrım”ı oxumağıma gəlincə isə... Düzü, proqramımda yox idi. Bacımın istəyi ilə qısa müddət ərzində lentə aldırdım. Aranjimançı Cavidlə birgə sevənlərimə gözəl bir nəğmə təqdim etdik”.

X.Qədimovanın eksklüziv ifasını təqdim edirik:

OXŞAR XƏBƏRLƏR