Xuraman Şuşalının maşını su kanalına aşdı - Fotolar

Xuraman Şuşalının maşını su kanalına aşdı - Fotolar
SOSİAL
12:18 24.03.2026
277
Lənkəran rayonunda ailə üzvlərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, rayonun Şağlaküçə kəndi ərazisində baş verən hissəsində "Audi Q7” markalı minik avtomobili idarəetməni itirərək qaz xəttinə çırpılıb və suötürücü kanala düşüb. Hadisə zamanı nəqliyyat vasitəsini Maya Hüseynova idarə edib.

Qeyd edək ki, qəzaya düşən avtomobil daha əvvəl müğənni Xuraman Şuşalıya məxsus olub. Müğənni qısa zaman öncə avtomobilini satıb.

Nəticədə avtomobildə olan 6 nəfər – eyni ailənin üzvləri müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
 
(No.comment)

 

 

 



OXŞAR XƏBƏRLƏR