Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
SOSİAL
12:22 10.05.2023
221
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş və əziz xatirəsini ehtiramla yad ediblər.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, çiçəklər düzülüb.

Daha sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir dahi liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general – leytenant İlqar Musayev ümümilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi daima Ulu Öndərin diqqət mərkəzində olmuş və yüksək nailiyyətlər əldə olunmuşdur. Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə, ömrünü öz xalqına həsr etdiyi və onun Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı xüsusi vurğulanmışdır. Çıxışının sonunda general-leytenant İlqar Musayev ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin Umummilli Liderin siyasətini uğurla davam etdirdiyini və apardığı müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyduğunu, işğal altında olan torpaqlarımızın məhz onun rəhbərliyi altında azad edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş film nümayiş etdirilib.

Sonda, Xidmət rəisi İlqar Musayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli” elan edildiyini və bu münasibətlə Xidmətdə il ərzində bir sıra silsilə tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”