Xüsusi Təyinatlı Qüvvələrin yaranma günüdür

Xüsusi Təyinatlı Qüvvələrin yaranma günüdür
SOSİAL
11:39 30.04.2021
706
30 aprel tarixi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür.

AZXEBER.COM-un məlumatına görə, Müdafiə Nazirliyinin nəzdində 1999-cu il aprelin 30-da qurulan Xüsusi Təyinatlı Qüvvələrin formalaşması I Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin iştirakı ilə baş verib.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb.

Sonralar Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri daha da təkmilləşdirilib. XTQ-yə general-leytenant  Hikmət Mirzəyev rəhbərlik edir.

26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələr Hikmət Mirzəyev rəhbərliyilə keçid etmişdi.

II Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qəhrəmanlığı ilə yaddaşlarda qaldı. Bu qüvvələr Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad edib.

Xüsusi təyinatlılar Şuşa şəhərinin azad edilməsində də müstəsna rol oynayıblar. 8 noyabr 2020-ci il tarixində İlham Əliyev general Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

Vətən müharibəsindəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin sayəsində əldə edilib. Bu müharibə bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi savaş hesab olunur.

Azərbaycan xüsusi təyinatlılarının bir çoxu Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alıb, müxtəlif sertifikatlara layiq görülüblər.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant  Hikmət Mirzəyev  Vətən Müharibəsi Qəhrəmanıdır. O, 2016-cı ilin "Aprel döyüşləri” və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin hərbi rəhbərlərindən biri olub.

Hikmət Mirzəyev 44 günlük müharibə zamanı Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına şəxsən rəhbərlik edib.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradı bir sıra məqamlarla yadda qalıb.

Bu paradda Vətən müharibəsindəki müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək,  xalqımıza Böyük Qələbənin sevincini yaşadan Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları da tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev başçılıq etdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
16:14 05.08.2026
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
16:09 05.08.2026
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat