Xüsusi təyinatlıların iştirak etdiyi çoxmillətli təlim başa çatdı - VİDEO

Xüsusi təyinatlıların iştirak etdiyi çoxmillətli təlim başa çatdı - VİDEO
SİYASƏT
20:17 16.09.2025
149
Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən xəbərə görə, bu münasibətlə birgə təlimin iştirakçıları üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Azərbaycan musiqi çələngi” adlı konsert proqramı təqdim olunub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bu tədbirin 18 sentyabr - Milli Musiqi Günü ərəfəsinə təsadüf etdiyini qeyd edib, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib.

Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında xalq və bəstəkar mahnıları, qəhrəmanlıq nəğmələri və rəqslər təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Təlim iştirakçılarına hədiyyələr təqdim olunub.

OXŞAR XƏBƏRLƏR