Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
SOSİAL
15:43 20.10.2026
119
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yayıb.
 
AZXEBER.COM xəbər verir ki, təşkilat bəyan edir ki, Birliyin loqosundan istifadə edərək özlərini Birliyin üzvü və ya nümayəndəsi kimi təqdim edən, lakin Birliyə üzvlüyü olmayan bəzi şəxslərin avtomobilləri dövlət qeydiyyat nişanı olmadan idarə etməsi və bununla qanunvericiliyin tələblərini pozması yolverilməzdir.

Birliyin loqosunun avtomobildə yerləşdirilməsi heç kimə dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsini idarə etmək, qanunları pozmaq və ictimaiyyətdə Birliyin fəaliyyəti barədə yanlış təsəvvür yaratmaq hüququ vermir. Birliyin adı və loqosundan istifadə edən hər bir şəxs qanunvericiliyin tələblərinə hörmətlə yanaşmalı və məsuliyyətli davranmalıdır.

Birlik üzvü olmayan şəxslərin özlərini Birliyin üzvü və ya nümayəndəsi kimi təqdim etməsi Birliyin rəsmi mövqeyi hesab edilə bilməz. Bu cür halların Birliyin nüfuzuna xələl gətirməsinə yol verilməməlidir.

Belə hallarla bağlı faktlar araşdırılacaq, zərurət yarandıqda aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir. Birlik üzvlərinin dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə etməsi və digər qanun pozuntularına yol verməsi təsdiqlənərsə, Nizamnaməyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

İctimaiyyətdən bu kimi hallara qarşı diqqətli olmaq və müvafiq faktlarla qarşılaşdıqda Birliyin rəsmi əlaqə vasitələrinə məlumat vermək xahiş olunur.

Bir daha bəyan edirik: heç kim Birliyin adından və loqosundan istifadə edərək qanunvericiliyin tələblərini poza bilməz. Qanun hamı üçün eynidir. 
OXŞAR XƏBƏRLƏR